6 Mart 2016 18:58
2 707
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaq artisti Aygün Kazımova illər əvvəl məmur oğlu ilə yaşadığı sevgi münasibətindən danışıb.

Teleqraf.com xəbər verir ki, sənətçi "Atv maqazin onlarla" verilişində sevgilisindən ayrılma səbəbini açıqlayıb: "Bir-birimizi həddindən artıq çox sevirdik. Sevgimiz şəhərə yayıldı. Tanınmış bir iş adamının övladı idi. Səhnədə oxuyan zaman həmişə gəlib məni dinləyirdi. Çox gözəl sevgi münasibətimiz vardı. Hətta konsertlərimə də gəlirdi. Çox qürurlu bir insan idi. Onun valideynləri münasibətimizdən xəbərdar olduqdan sonra bizi ayırdılar. Onu başqa ölkəyə göndərdilər. Ondan sonra telefon bağlantılarına, ölkəyə gəlişini nəzarət edirdilər. Güclə evləndirdilər, bir övladı oldu. Telefonla danışanda hər ikimiz kövrəlirdik. Sonra taleyimizlə barışdıq. Ailəsini dağıtmayacaqdım ki. Amma tale elə gətirdi ki, o ailəsindən ayrıldı və ikinci dəfə müğənni ilə evləndi. Elə bir müğənni ilə evləndi ki, onun səhnəyə gəlməsində, ilk addımlarını atmasında əməyim olub. Hazırda xoşbəxtdirlər, bir balaları var. O məndən kişi kimi ayrıldı. Məni valideynlərinin ayağına vermədi".

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər