Türkiyədə “Kızkaçıran” komediya filminə çəkilən aktrisa Könül Nağıyevaya seriallardan təklif gəlib.
Onun Teleqraf.com-a açıqlamasına görə, Türkiyədə iki seriala çəkiləcək: “Hazırda danışıqlar aparılır. Serialların çəkilişləri iyul ayına planlaşdırılıb. Müqaviləni bağladıqdan sonra bu haqda açıqlama verəcəm. Çünki əvvəlcədən nə isə demək mənə düşmür. Ən qısa zamanda müqaviləni bağlamalıyam. Türkiyədə verilən qonorar qane edicidir. İş olmasa, orada yaşamaq qeyri-mümkündür. Çünki İstanbulda həyat tərzi bahalıdır. Ona görə də çox güclü və əziyyətlə işləmək lazımdır ki, yeni layihələrdə iştirak edəsən, yaxşı qonorar qazanasan”.
Aktrisa “Kızkaçıran” filminin premyerasından da danışıb: “Türkiyədə aprelin 15-də filmin təqdimatı olacaq”.
Rəqsanə