“Oskar” sahibli Hollivud ulduzu Leonardo Di Kaprionun ailə üzvlərinin adı cinayət işində hallanır.
Publika.az xəbər verir ki, aktyorun böyük qardaşı Adam Farrar və onun həyat yoldaşı polis tərəfindən axtarışa verilib. Onlar mağazadan 990 dollar pulu oğurlamaqda ittiham olunurlar.
Cinayət əməlində adı hallanan cütlük tapıldığı təqdirdə 3 min dollar cərimə olunacaq.
Qeyd edək ki, ötən ay məsələ ilə bağlı məhkəmə iclası olub. Lakin ittiham olunan tərəflərin heç biri məhkəmə zalında iştirak etməyib.