Müğənni Manaf Ağayev bir müddət əvvəl köçdüyü milyonluq villasının ona hədiyyə edildiyini açıqlayıb.
Axşam.az-ın məlumatına görə, ifaçı bu haqda "Evdəkilərə salam" verilişində deyib. O, hazırda yaşadığı mənzili ona yaxın dostlarının bağışladığını söyləyib. Sənətçi yalnız villanın təmirinə pul xərclədiyini bildirib.
Dostlarını başına yığıb Novruz bayramını qeyd edən M.Ağayev ailəsindən də danışıb.
Aytəkin Mərdanovanın aparıcılıq etdiyi verilişin sözügedən buraxılışına bu gün saat 20:00-da "Xəzər" telekanalında baxa bilərsiniz.
Qeyd edək ki, M.Ağayev bundan əvvəl villasını özünün aldığını, ona 1 milyondan çox pul xərclədiyini demişdi.