“America’s Got Talent” istedadlar şousu sayəsində dünya şöhrəti qazanan azərbaycanlı sirk ustası Üzeyir Novruzov Ginnesin rekordlar kitabına düşüb.
Publika.az xəbər verir ki, “Çarli Çaplin”ləqəbi ilə tanınan Novruzov 7 dəqiqə 50 saniyə ərzində 6 metrlik nərdivanda dayanmaqla buna nail olub. Rekordun yenilənməsinin təsdiqlənməsi mərasimi isə Çinin paytaxtı Pekində keçirilib.
Xatırladaq ki, Üzeyir Novruzov “America’s Got Talent” istedadlar şousunun finalçısı olub. O, şoudakı qeyri-adi çıxışları ilə dünyanın diqqətini cəlb edib.