Qazaxıstanda 31 yaşlı model İrina Livşun özünü yandıraraq ölüb.
Qazax polisi gənc qadının meyitini Alma-ata şəhərindəki evində tapıb. Polis qadının yanında benzin qabını protokollaşdırıb. Dostları keçmişdə məşhur olan Livşunun son zamanlar iş tapmaqda çətinlik çəkdiyini deyiblər.
Polisin dediyinə görə, İrinanın qohumları da aylardır işsiz olan gənc qadının depressiyaya düşdüyünü təsdiqləyib. O, ətrafındakı insanlara intihar edəcəyi barədə dəfələrlə deyib. Livşunun artıq yaşlı olduğundan iş tapa bilmədiyini düşündüyü üçün intihar etdiyi deyilir.//axşam.az