"O əziyyəti övladlarımın yaşamasını istəmərəm"
Xanəndə Elnarə Abdullayeva sənətin çətinliklərindən danışıb.
Teleqraf.com xəbər verir ki, muğam ifaçısı "Mənim dünyam" verilişində sənətə gələrkən çox çətinliklərdən keçdiyini deyib: "Bu sənət çox çətin sənətdir. Bu sahədə əziyyət çəkən insan yaxınlarının bunu yaşamasını istəmir. İnsan sanki od-alovun içindən keçir. Sənətə ilk addımlarımı atanda, oxumağı öyrənərkən nə qədər ayaqqabısız, paltarsız, yeməksiz qalmışam. O əziyyəti övladlarımın yaşamasını istəmərəm. Bəlkə də bunu başqaları başa düşməz".
Rəqsanə