8 Aprel 2016 10:56
927
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəqqasə Oksana Rəsulova keçmiş həyat yoldaşı Elşad Xosenin bir neçə gün əvvəl sosial şəbəkədə onunla fotosunu paylaşmasına münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, rəqqasə Elşad Xose ilə barışmadığını bildirib: “Bir neçə gün əvvəl Elşad öz səhifəsində ikimizin fotosunu paylaşmışdı. Çox sorğu-sualdan sonra cavab verməyə söz tapmıram. Bəzən cavab vermək çox çətin olur, dil tutulur, ürək danışır. Amma əziz dostlar, sizə hörmətim böyükdür. Bəzən insanı daxili ilə baş-başa buraxmaq çox yaxşı olar. Düz deyilmi? Biz artıq Elşadla rəsmi olaraq dörd ildir ki, ayrılmışıq. Amma uzaqdan-uzağa olsaq belə bir-birimizdən, sağlamlığımız, varlığımız, sənətimiz haqqında daim maraqlanırıq. Özünüz necə istəyirsiniz elə də edə bilərsiniz. Və nə olsa belə, bir yerdə olsaq, olmasaq, küsüb-barışsaq, mən öz işimlə, o öz işi ilə məşğul olsa belə. Elşad mənim üçün doğma və əziz insandır. Hər zaman elə də qalacaq. Hər kəsə uğurlar”.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər