11 Aprel 2016 01:35
1 989
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Coşkun Sabahla 19 illik həyat yoldaşı Ceyda Sabahın boşanma prosesinin birinci mərhələsi baş tutub.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məhkəmə ifaçının bütün mal-mülkünü əlindən alıb. Ərinin ona xəyanət etməsi iddiası ilə məhkəməyə baş vuran Ceyda ondan 1 milyon lirə (təxminən 500 min manat) maddi, bir o qədər də mənəvi təzminat tələbi irəli sürmüşdü. Ötən gün baş tutan məhkəməyə Coşkun Sabah xanımı olmadan qatılıb.

15 dəqiqə çəkən prosesdən sonra jurnalistlərin suallarını cavablandıran müğənni “Məhkəmə aprelin 12-nədək təxirə salındı. Kaş belə olmayaydı. Mən boşanmaq istəmirəm Burada olmaq bizə yaraşmadı” deyib.


Müəllif:

Oxşar xəbərlər