Məşhur müğənni Əmrah Acun Ilıcalını məhkəməyə verib.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Əmrah ifa etdiyi “Unuta bilsem”, “Götür beni gittiğin yere” və “Ehtiyacı var” mahnılarının “O Ses Türkiye”, “Yetenek Sizsiniz” və “Rising Star” proqramlarında icazəsi olmadan oxunduğu üçün məhkəməyə müraciət edib. O “Acun Medya”dan 225 min lirə maddi, 119 min lirə isə mənəvi təzminat tələb edib.
Əmrah müəlliflərin də hüquqlarının pozulduğunu deyib: "Bu yalnız mənimlə bağlı mövzu deyil. Bununla onlarla bəstəkara hörmətsizlik edilir, hüquqları pozulur, adları yazılmır. Bunu dayandırmaq lazımdır. Televiziya prodüserləri proqramlarında istifadə edilən musiqinin haqqını ödəməyi öyrənməlidirlər. Mahnılar olmasa nə ilə veriliş hazırlayacaqlar?".
Rəqsanə