Aparıcı Lətafət Ələkbərova banka borcu olduğu üçün maşınını satıb.
O, Teleqraf.com-a bildirib ki, külli miqdarda ziyana düşüb: “Problemdən qurtarmaq, bankın pulunu ödəmək üçün maşınımı satdım. Amma külli miqdarda, 20 min pul itirdim. 18 minlik maşın 36 minə başa gəlmişdi. Hazırda dostların maşınından istifadə edirəm. İşlərim yoluna düşsün, yenidən maşın alacam”.
Qeyd edək ki, bir müddət əvvəl Lətafət Ələkbərova saytımıza açıqlamasında avtomobilini kreditlə götürdüyünü demişdi: “Bank krediti dollar ilə verdiyi üçün 18900 manatlıq maşın 36 minə başa gəldi. Banka 25 min manat ödəmişəm, 10 min manat da ödəməliyəm”.
Rəqsanə