Teleaparıcı Xoşqədəm Hidayatqızının ANS-dən ayrılıb Xəzər televiziyasında fəaliyyətini davam etdirməsi haqqında mətbuatda xəbərlər yayılıb.
Teleqraf.com xəbər verir ki, teleaparıcı “İnsatgram”da ANS kanalını dəstəkləyəcək sözlər yazaraq yayılan məlumatları yalan adlandırıb: “Mənim sevimli kanalım, ən çətin anımda yanımda olan, hər kəsin kanalı ANS-in şüarı necə də bizə yaxındır - Döyüş alnımıza yazılıb! Ay dostlar, vallah yazdığınızı oxumağa vaxtım yoxdur. Amma eşidirəm ki, həmişə məndən yazırsınız. Amma lütfən yazarkən yalan xəbər yazmayın və kimisə ləkələməyə çalışmayın. Çünki o insanlar əldə etdiklərini öz zəhmətləri ilə qazanıblar. Ona görə də zəhmətkeş insanlara haqq etdiklərı dəyəri veriblər. Nəinki mənim, kimsənin haqqını tapdalamayıblar. Allah onlardan razı olsun! Fitnə, fəsadla məşğul olub, kimisə ləkələməyə, ara vurmağa çalışan dostlarımıza da Allah hidayət etsin!”.
Rəqsanə