Türkiyəli aktrisa Zerrin Tekindor və oğlu Hira məhkəməyə müraciət ediblər.
Teleqraf.com Türkiyə KİV-ə istinadən xəbər verir ki, hakerlər Tekindor və oğlunun “İnstagram” və “Twitter” hesablarını ələ keçiriblər.
Hakerlər aktrisanın yazışmalarını yaymaqda təhdid edərək 10 min TL istəyiblər. Bundan sonra Zerrin Tekindor məhkəməyə müraciət edib və “Twitter” və “İnstagram” hesablarına daxil olmanın qarşısı alınıb.
Hazırda hakerlərin kimliyi öyrənilir.
Rəqsanə