Əməkdar artist Röya Ayxan onu tənqid edənlərə cavab verib.
Teleqraf.com xəbər verir ki, müğənni şəxsi “İnstaqram” hesabından sosial şəbəkələrdə yayılan videosunu belə şərh edib: “Sabah Olimpiya Stadionunda UEFA-17-nin möhtəşəm açılışı olacaq. Amma bu arada hər kəsə o selfinin səbəbini anlatmağım üçün gərək o oğlan o gecə çəkdirdiyi bütün şəkil və videoları yerləşdirsin. Bax o halda anlarsınız.
Videonu isə elə təqdim edənə mən kişicik deyirəm!
Eləsinə deməli, düz etmişəm. Sevgi elə olmur, sevgidə hörmət olur. İndi isə Milli komandamızdakı oğullarımıza lazımıq, o birilər boş şeydir!!!”.
Qeyd edək ki, bu gün səhər mətbuatda yayılan xəbərlərə görə paytaxt restoranlarının birində toyda olan müğənni səhnədə mahnı ifa edərkən bir nəfərin yaxınlaşıb selfi çəkməsinə etiraz edib.
Belə ki, oğlan selfi edən zaman Röya üzünü çevirib. Oğlan uzaqlaşdıqdan sonra isə sənətçi mahnını oxumağa davam edib.
Röyanın bu hərəkəti anbaan kameralara düşüb. Video sosial şəbəkələrdə paylaşılıb. Sosial şəbəkə istifadəçiləri müğənnini bu hərəkətinə görə qınayıblar.
Pərvin