7 May 2016 19:23
1 648
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xoşqədəm Hidayatqızının həyat yoldaşı, müğənni Doğuş əkizləri haqqında təəssüratlarını bölüşüb.

Teleqraf.com xəbər verir ki, sənətçi Doğuş sosial şəbəkədə övlad sahibi olmasının sevinci ilə yanaşı uşaqlıqda yaşadığı çətinlikləri də xatırlayaraq kədərlənib: "Bir gün ata olacağım xəyalıma belə gəlməmişdi. Amma 2014-cü ildə bütün həyatım dəyişdi. Ana-ata sevgisi görməyən, uşaq vaxtı tərk edilən, uşaq evlərində, küçələrdə böyüyən, Orhan Baltacı Doğuş çəkdiyi əziyyətə görə qərar verdi ki, dünyadan köçərkən arxasında gözüyaşlı övlad qoymayacaq. Amma Allahım mələk üzlü, uşaqları dəlicəsinə sevən qadını qarşıma çıxarmaqla qərarımı alt-üst etdi. O mənə "Sən uşağına yaxşı baxmaqla övladlarını atan valideynlərə dərs verməlisən. Uşaqlıqda xəyal etdiyini övladlarına yaşatmaqla uşaqlarını tərk edən ata - anaların doğru yola gəlməsinə nail olmalısan" dedi. Adı və soyadı sənədlərdə Orhan Baltacı olan, yaşadığı çətinliklərə görə adını dəyişən, Doğuş ata oldu. Bu gün yenidən doğuldum. Heç vaxt həyatımda bu sevinci yaşamamışam. İki masum, günahsız uşaqları qucağıma aldım. Allah övlad gözləyən ailələrə bu sevinci qismət etsin!".

Qeyd edək ki, Doğuş Xoşqədəm Hidayatqızı ilə 2014-cü ildə ailə qurub.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər