“Böyük Vətən Müharibəsindən illər ötsə də, o illəri unutmaq olmaz. Çünki milyonlarla Azərbaycan oğulları müharibədə həlak oldular və əbədiyyətə qovuşdular! Hazırda bu müharibədə sağ qalanların sayı azalıb. Artıq 9 may bizim üçün Qələbə Günü kimi yadımızda qalıb. Bayramınız mübarək, əziz veteranlar!".
Teleqraf.com xəbər verir ki, bu sözləri "İnstagram"da müğənni Nadir Qafarzadə yazıb. O, 8 may tarixini analar günü kimi qeyd edənləri də tənqid edib: "Şuşamızın işğal günü nə vaxtdan bayram olub? Analar və bacıların gözündən vətən həsrətinin yaşı axdığı günü necə bayram adlandırmaq olar? Bu heç bir məntiqə sığmır. Savad və təfəkkür gözəldir ".
Qeyd edək ki, mayın 8 - də bir çox müğənnilər analar günü münasibətilə analarını təbrik ediblər.
Rəqsanə