10 May 2016 15:56
851
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Niyə Azərbaycan təmsilçisi “Eurovision”da hərbi geyimdə çıxış etmir? Niyə sətiraltı da olsa mahnıda Qarabağa eyham vurmur? Niyə səsimizi bütün dünyaya duyurmuruq ki, 24 ildir işğalçı bir dövlət tərəfindən soyqırıma məruz qalmışıq”.

Teleqraf.com xəbər verir ki, “İnstagram”da müğənni Elnarə Xəlilova “Eurovision 2016”da təmsilçimiz Səmra Rəhimlinin müsabiqənin rəsmi açılışındakı geyimi haqqında münaasibət bildirib: “Amma bizim yerimizdə Ermənistan olsaydı, Qarabağda ulu babalarının bir vaxtlar əkdiyi ərik ağacına həsr edilmiş və səhnələşdirilmiş performansları ilə bütün dünyaya öz qondarma soyqırımlarını yedizdirmişdilər. Axı niyə biz həmişə "fora" veririk? Gözləyirik ki, yeməyənin payını yesinlər? Niyə hazır fürsət ikən bütün dünyaya "bizim torpağımızı işğal ediblər" demirik?”

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər