“Bu şəhərdə”nin prodüseri Müşviq Abbasov və aktyorları Coşqun Rəhimov, Rafael İsgəndərov Ümumdünya Şahmat Olimpiadasının ulduz səfiri seçiliblər.
Teleqraf.com xəbər verir ki, bu haqda sosial şəbəkədə prodüser Müşviq Abbasov yazıb: “Bu şərəfli missiyaya görə, təşəkkürlər. Çalışarıq ki, etimadı doğruldaq. Təşkilatçılara və Azərbaycan yığmasına uğurlar”.
Qeyd edək ki, “Bu şəhərdə”nin üzvləri 2016-cı ilin sentyabrında Bakıda keçiriləcək Ümumdünya Şahmat Olimpiadasının ulduz səfiri seçiliblər.
Rəqsanə