19 May 2016 16:56
940
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Teymur, əl çək məndən. Hər şeydən şübhən ola bilər, amma vətənpərvərliyimə şübhə etməyə ixtiyarın yoxdur”.

Teleqraf.com xəbər verir ki, bu sözləri xalq artisti Flora Kərimova “Onlar” verilişində Teymur Əmrah haqda danışarkən deyib.

Xalq artistinin sözlərinə görə, Teymur Əmrah məhz onun mahnılarını oxuyaraq məşhurlaşıb.

Flora Kərimova efir vasitəsilə Teymur Əmrahı kəskin təndiq edib: “Məni ayrı cür qələmə vermək istəyəndə bu, mənə çox pis təsir edir. Bu yaxınlarda Teymur Əmrah dedi ki, mənə həsr olunan “Ey vətən” mahnısını oxumağa ixtiyarım yoxdur. Teymur, əl çək məndən. Nəfəsin, oxumaq tərzin, səsin mənim. Səni mənim mahnılarımla sevdilər. Mən heç vaxt sənin ifama pis deməmişəm. Bəsdir, xəbislik etdin.

Səndən qüdrətli insanlar mənimlə çarpışmağı bacarmadılar. Onsuz da alnında Flora Kərimova yazılıb. Məni pisləməklə kimlər nə qazandı ki, sən də qazanasan”.

Pərvin


Müəllif:

Oxşar xəbərlər