20 May 2016 01:52
722
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran İnqilabı Keşikçiləri Korpusu tanınmış aktrisa Kim Kardaşyanın sosial mediadakı mövcudluğundan narahatdır.

Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, İran Wire jurnalist qrupunun yaydığı xəbərdə korpusun Kibercinayətlər üzrə sözçüsü Mustafa Əlizadə, Kardaşyanı İnstagramla əməkdaşlıq edərək “gəncləri və qadınları hədəf almaqda” ittiham edir.

Onun sözlərinə görə Kardaşyan "İslama zidd" olan fotolar paylaşmaqla "gizlincə gənc nəsli və qadınları pozmaqla məşğuldur”.

İnqilab Keşikçiləri bildirib ki, indiyə qədər bununla bağlı 179 nəfərə xəbərdarlıq edilib.Cənab Əlizadə vəziyyətin ciddi olduğunu və bu mövzuya diqqət ayırdıqlarını bildirib.

Cannes Film Festivalında iştirak etmək üçün Fransada olan Kardaşyanın ittihamlara cavabı isə belə olub: “Nə? Kiminçün?” “Mən indicə hava limanından gəlirəm. Bu barədə heç eşitməmişəm”.

İranda bu günlər iki ildir davam edən “Hörümçək II” gizli əməliyyatı çərçivəsində “İslami olmayan” şəbəkələrə çalışdığı iddiası ilə internet üzərindən modellik edən şəxslər həbs edilib. Çılpaq şəkillərini paylaşması ilə tanınan Kardaşyanın təkcə İnstagram-da 70 milyondan çox izləyicisi var.

Facebook, Twitter və YouTube-dan fəqrli olaraq istifadəsi qadağan olunmamış Instagram İranda çox məşhurdur.


Müəllif:

Oxşar xəbərlər