20 May 2016 14:24
1 055
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ukrayna 2017-ci ildə Avroviziya yarışmasını keçirməkdən imtina edib".

Teleqraf.com xarici mediaya istinadən xəbər veri ki, bununla bağlı Ukraynanın maliyyə naziri Aleksandr Danilyuk məlumat verib.

Onun sözlərinə görə, yarışmanı keçirmək üçün Ukraynanın kifayət qədər vəsaiti yoxdur: "Yarışmanı Avroviziya-2016-da ikincilik qazanan Avstraliya keçirəcək. Müsabiqənin ötən ilki qalibi yarışmanı keçirmək üçün 35 milyon dollar xərcləyib. Ukraynaya bu münsabiqəni keçirmək üçün daha az məbləğ, təxminən 10 milyon dollar lazımdır. Ancaq Ukraynanın kifayət qədər vəsaiti yoxdur".

Qeyd edək ki, Avroviziya-2016 yarışmasında Ukrayna təmsilçisi Camal ifa etdiyi "1944" adlı mahnısı ilə 544 bal qazanaraq, birincilik əldə edib.

Samir


Müəllif:

Oxşar xəbərlər