26 May 2016 09:40
1 019
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın ən məşhur aktyorlarından olan Conni Depp və həyat yoldaşı aktrisa Ember Herd boşanmaq qərarına gəlib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Herd jurnalistlərə açıqlamasında məlumat verib. Onun sözlərinə görə, 15 aylıq nikaha son qoyulmasına səbəb Depplə aralarında olan ziddiyətlərdir.

Herd bildirib ki, anası Betti Syu Palmerin ölümündən 3 gün sonra Depplə ayrılıblar.

Qeyd edək ki, cütlüyün bu izdivacdan iki uşağı var.

Elvin


Müəllif: