"Elektra Events Hall"da əməkdar artist Röya Ayxanın "Kesin bilgi" adlı konserti baş tutub.
Teleqraf.com xəbər verir ki, ağ paltarda səhnəyə çıxan Röya Ayxanı Ukraynanın məşhur rəqs qrupu müşayiət edib. Əməkdar artist səhnədən fanatlarına səslənib: "Yaşın fərqi yoxdur, bütün fanatlarım xoş gəlib. Yaxın günlərdə "İnstagram"da mahnı paylaşdıq, hamı dedi ki, canlı ifa fonoqramadan daha gözəldir. Mahnıya sakit qulaq asırıq, mən dediyim vaxt qışqırarıq ki, özüm-özümü eşidim. Hər kəsə xoş əyləncələr arzu edirəm".
Tanınmış müğənni konsertdə bir çox mahnılarını səsləndirib.
Qeyd edək ki, konsertdə Zamiq Hüseynov, Sevil və Sevinc bacıları və Tunar iştirak edib.
Bildirək ki, mətbuata qapalı keçirilən konsertdə çəkiliş üçün yalnız Xəzər televiziyasına icazə verilib.
Rəqsanə