Müğənni Rəhim Rəhimli həmkarı Niyam Səlami ilə dostluq münasibətlərinin pozulduğunu etiraf edib.
Teleqraf.com xəbər verir ki, müğənni “Hər şey daxil” verilişində Niyam Səlami ilə düşmən olmasalar da, dostluqlarının davam etmədiyini açıqlayıb: “Hazırda yaxın deyilik, əvvəlki münasibətimiz yoxdur. Səhnədə bir termin var: “Gətirirsən, kəsirsən, atırsan”. Biz də gətirdik, kəsdik, atdıq. Bir müddət keçəndən sonra o, insanın səhvlərini, sənə qarşı bəzi hərəkətlərini görürsən və uzaqlaşırsan. Düşünürsən ki, nəyə görə bu insanları yaxınıma buraxdım, bir yerlərə gəldilər?
Demək, qismət belə imiş. Ona görə üzülmürəm, peşman deyiləm. Niyam Səlami ilə hansısa düşmənçiliyimiz varmı? Xeyr. Sadəcə, əvvəlki münasibətimzə son qoyulub”.
Rəqsanə