Bəzi müğənnilər toy qıtlığından gileylənsələr də, Faytonçu Nazimin belə bir problemi yoxdur.
İfaçı Teleqraf.com-a açıqlamasında bildirib ki, xarici ölkələrdəki konsertlərindən əldə etdiyi gəlir onu qane edir: “Mənim üçün toy heç vaxt əsas qazanc yeri olmayıb. Toy olanda olur, olmayanda olmur. Şəxsi biznesim yoxdur. Amma xarici ölkələrdə konsertimdən əldə etdiyim gəlirlə balansı qoruya bilirəm. Səfərlərdən kifayət qədər qonorar qazanıram. Mənim konsertlərim kommersiya xarakteri daşıdığına görə vəsait qane edir”.
Müğənni vergi borcundan da danışıb: “Verilər Nazirliyinə borcum yoxdur. Vaxtı-vaxtında vergi ödəyicisiyəm”.
Faytonçu Nazim konsertə hazırlaşdığını da qeyd edib: “İyun ayında İsrailə səfərimiz var. Orada hesabat xarakterli konsertimiz olacaq”.
Rəqsanə