Türkiyə aktrisası Şəbnəm Hassanisoughi süpriz şəkildə ailə qurub.
Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, musiqiçi Əhməd Kənan Bilgiçlə evlənən aktrisanın nikah mərasimində şiddətli yağış yağıb. Çətirlərin altında sənədlərə imza atan cütlüyün maraqlı fotoları yayılıb.
Qeyd edək ki, bu zamanı kimi “Bana artık Hicran De”, “Tatar Ramazan”, “Kayıp şehir”, “Firar”, “Kılıç Günü”, “Dantel” seriallarında rol alan Şəbnəm Hassanisoughi hazırda məşhur “Poryaz Karayel” serialında Begüm obrazını canlandırır.
Şəbnəm Hassanisoughi 1985-ci ildə İstanbulda doğulub. Atası cənubi azərbaycanlı olan Şəbnəmin soyadının qəribəliyi elə bu səbəbdəndir. Soyadının farscadan anlamı “Gözəlin yolu” deməkdir. İlk dəfə “Qızıl Portağal” Antalya Film festivalının ən yaxşılarından biri olan “Geriyə qalan” filmində təsirli oyunu ilə Şəbnəm təndiqçilərin də diqqətini çəkə bilib:
“Hər zaman oynadığım rollara fikir verirəm və onun istəklərinin arxasınca qaçıram. Kariyeramla bağlı planlarım yoxdur, amma həyata aktrisa kimi deyil, insan olaraq baxdığımda edə biləcəklərim və etmək istədiklərim açıq aydın görünür”.
Pərvin