4 İyun 2017 14:32
1 153
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xətai rayonunda tragikomik qəza baş verib.

BAKU.WS-in məlumatına görə, idarəetməni itirən "Zaporojes" markalı avtomobilin sürücüsü Qaqarin körpüsünün yaxınlığında maşını arxadan "Toyota Camry" markalı avtomobilə vurub. Qəzada hər iki avtomobilə ciddi ziyan dəyib.

Şahidlərin sözlərinə görə, qəza zamanı "Zaporojes" markalı avtomobil sürət həddini aşıb, ara məsafisəni saxlamayıb.


Müəllif: Teleqraf.com