Tanınmış ufoloq və virtual arxeloq, sosial şəbəkədə daha çox Streetcap1 niki ilə tanınan Corc Qrehem Yutubdakı izləyicilərini yeni tapıntı – Ayda humanoidlərin uçan evi ilə sevindirib.
Teleqraf.com-un esoreiter.ru-ya istinadən xəbərinə görə, Corc bu dəfə Tixo zərbə kraterinə diqqət yetirib. Bu krater Selenanın cənub hissəsində yerləşir və onun nəhəng ölçüsü diametrdə 85 kilometrdir. Ufoloqun niyə məhz bu kraterlə maraqlanması sirr olaraq qalır. Bəlli olan isə odur ki, Qrehem harda olurlarsa-olsunlar, yadplanetlilərin axtarışında əla intuisiyaya malikdir.
Ufoloqun bu krateri səbrlə öyrənməsi uğurla nəticələnib. O, kraterin cənub-şərq hissəsində humanoidlərin Ayin səthi ilə hərəkət edən uçan evini aşkarlayıb. Hətta bəzi istifadəçilər görüntülərdə başında dəbilqə olan yadplanetlini gördüklərini də iddia edirlər. Ancaq Qrehemi və onu təqdir edənləri zəngin fantaziyaya malik olmaqda ittiham edənlər də var. Həqiqətən də irəli sürülən versiyalardan hansınısa təsdiq və ya inkar etmək, havada hərəkət edən obyektin nə olduğu barədə qəti fikir söyləmək mümkünsüzdür.
Ancaq Qrehemin tapıntısı maraq doğurur və onu şərti olaraq “yadplanetlilərin Aydakı evi” adlandırmaq olar.