15 May 2018 09:39
53 004
12 Punto 14 Punto 16 Punto 18 Punto

Min illərdir səmaya baxan insanlar kosmosun qəribəliklərlə dolu olduğunu anlayıblar.

Teleqraf.com xarici KİV-ə istinadla astronomların son zamanlar kosmosda aşkar etdikləri qəribə tapıntıları təqdim edir:

Qalaktikanın mərkəzində rom və moruq ətri

“Oxatan B2” qaz buludu Günəş kütləsindən milyon dəfələrlə çoxdur və bizim “Süd yolu” qalaktikamızın ətrafında yerləşir. Bu yaxınlarda alimlər müəyyənləşdiriblər ki, buludun əsasını nəhəng moruqlu rom çayı təşkil edir.

Almaniyalı alimlərin sözlərinə görə, “Oxatan B2” buludunda milyardlarla litr alkoqol və etilformiat molekulu (qarışqa turşusunun etil efiri) var. Məhz bu maddə moruğa şirin dadı, roma isə onun fərqli qoxu verir.
Lakin bu molekulların mənşəyi alimlər üçün sirr olaraq qalır.

Düşən ulduz haqqında həqiqət

Hamı Yerə düşən ulduzların meteorit olduğunu bilir. Amma çoxları bixəbərdir ki, həqiqətən düşən ulduzlar var.

Bu hadisə nəhəng qara dəliklərin iki ulduzlu sistemi udması zaman baş verir. Ulduzlardan biri qara dəlik tərəfindən sorulanda digəri isə sürətlə kənara itələnir.

Günəşdən 4 dəfə böyük, milyonlarla kilometr sürətlə hərəkət edən böyük odlu kürəni təsəvvür edin. Artıq elə də romantik səslənmir.

Almazdan planet

Bir çoxlarımız Yupiter və Saturnda almaz yağışı yağdığını bilirik. Bəs almazdan ibarət planetlərin olduğundan xəbərimiz varmı?
“PSR J1719—1438 b” ekzoplaneti 2009-cu ildə aşkar edilib. O, Yerdən 3900 işıq ili məsafədə yerləşir, kütləsinin üçdə biri almazdır, qalanı isə qrafitdən təşkil olunub.

Yağış buludu

Bizdən 10 milyard işıq ili məsafədə kainatın iri su anbarı aşkar edilib. Bu yağış buludu Günəşdən 100 min dəfə böyükdür və orada dünya okeanındakı suyun həcmindən 140 trilyon dəfə çox su var.

Astronomlar onun nəhəng qara dəliyin əhatəsində olduğunu ehtimal edirlər.

“İndi bizə küləyin onu Yer kürəsinə tərəfə əsdirməyəcəyinə ümid etmək qalır”, -deyə astronomlar zarafat edirlər.

Qravitasiya linzası

Maraqlı kəşflərdən biri də qravitasiya linzasıdır. Bu forma kosmosda özünün nəhəng kütləsi sayəsində cazibə sahəsi ilə elektromaqnit şüalanmasının istiqamətinin əyilməsindən yaranır. Lupanın adi işıq şüasını əydiyi kimi.

Alimlər belə linzalara sayəsində digər qalaktikada olan obyektləri də müşahidə edə bilirlər.

Qaranlıq axın

Alimlər bizim görünən kainatın hüdudlarından kənarda naməlum böyük varlığın, kütlənin olduğunu deyirlər. Müşahidələr göstərir ki, o, qonşu kainatın hissəsini su novu kimi sorur.

Alimlər bu qeyri-müəyyənliyi “Qaranlıq axın” adlandırıblar. Аstrofiziklərin bəziləri hesab edirlər ki, bu bizə doğru hərəkət edən digər böyük Kainatın küncüdür. Amma dəqiq cavabı hələlik yoxdur.


Müəllif: Ruslan