22 Dekabr 2018 01:35
1 131
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağstafa rayonunun Köçəsgər kənd sakini Tural Abbasəliyev atasına hədiyyə edilən avtomobili 30 ildir göz bəbəyi kimi qoruyur.

Teleqraf.com xəbər verir ki, 42 il əvvəl istehsal edilən bu avtomobil qeyri-adi görünüşü ilə diqqət çəkir. "Qaz 13" markalı nəqliyyat vasitəsinin mühərrik həcmi 5.5 litr, avtomatötürücü və geniş salona malikdir. Bu avtomobil öz dövründə dövlət və hökümət adamları, nazirlərüçün nəzərdə tutulub.

Hazırda retro avtomobil kimi dəyərləndirilən bumaşına yüksək qiymət təklif etsələr də,sahibi onu satmaq istəməyib. Çünki sahibi onu fantastik qiymətə 1 milyon manata satmaq niyyətindədir.

Rusiyanın Qorki avtomobil zavadonun istehsalı olan bu maşın görənlərin marağına səbəb olur. Hətta onunla şəkil çəkdirənlər də olur. Toy, klip, film çəkilişlərinə də dəvət az deyil. Tural "Çayka" avtomobili ilə paytxatdakı retro avtomobil sərgilərinə də qatılmaq istəyir.


Müəllif: Teleqraf.com