2025-ci ildə Mayamidə 1907-ci ildə yarış üçün xüsusi olaraq istehsal edilmiş "İtalia" idman avtomobili hərraca çıxarılacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə "RM Sotheby's" hərrac şirkəti məlumat yayıb.
İdman maşının 15 litr benzin tutumu var və 120 at gücünə malik mühərriklə təchiz edilib. Hərrac evi qeyd edib ki, hazırda bu avtomobillərdən cəmi ikisi qalıb. Maşının ilkin dəyəri 2-3 milyon dollar kimi qiymətləndirilib.
Bildirilir ki, bu xüsusi idman avtomobil modeli buraxıldıqdan sonra ilk illərdə bəzi Avropa avtoyarışlarında iştirak edib, lakin avtomobilin tarixi yalnız 1916-cı ildə sənədləşdirilməyə başlayıb.
Qeyd edək ki, idman maşını Britaniya sürət rekordçusu Henri Seagrave məxsus olub.