3 Dekabr 23:35
12 Punto 14 Punto 16 Punto 18 Punto

İndoneziya hökuməti "Apple" şirkətin yerli iqtisadiyyata yetərli qədər sərmayə qoymamasına görə "iPhone 16"nın satışını qadağan edib.

Teleqraf.com xəbər verir ki, İndoneziya "Apple"ın sərmayəsini 10 milyon dollardan 100 milyona artırmaq təklifi ilə razılaşmayıb. Hökumət şirkətdən 1 milyard dollarlıq sərmayə tələb edir.

Apple ilkin olaraq İndoneziyaya developer akademiyasına 109 milyon dollar və yerli istehsala 10 milyon dollar ayıraraq sərmayə qoyub. Lakin hökumət iddia edir ki, şirkət öz vədlərini yerinə yetirməyib, nəticədə ölkədə iPhone 16-nın satışı qadağan edilib.


Müəllif: Arzu

Oxşar xəbərlər