10 Dekabr 01:59
484
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya və Səudiyyə Ərəbistanı super-yüngül və super-möhkəm yeni materialın istehsalı üçün əməkdaşlıq edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Ərəbistana ilk səfəri ərəfəsində Böyük Britaniyanın Baş naziri Kir Starmer elan edib.

Bu gün Kir Starmer Səudiyyə Ərəbistanının baş naziri və vəliəhd şahzadəsi Məhəmməd bin Salman, eləcə də Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşüb Britaniyaya sərmayə cəlb etmək üçün danışıqlar aparacaq.

Görüşdə super-yüngül və super-möhkəm yeni materialın istehsalı ilə bağlı da danışıqlar aparılacaq. Bəhs olunan material ekoloji baxımdan dayanıqlı hesab olunur, avtomobillər, təyyarələr və qatarlar kimi nəqliyyat vasitələrinin çəkisini yüngülləşdirərək enerjinin qənaətini təmin edəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər