9 Dekabr 22:20
332
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kanadada qadın itinə qoyduğu ada görə bacısından küsüb.

Teleqraf.com xəbər verir ki, bacısından küsən 29 yaşlı qadın öz hekayəsini "Reddit" forumunda paylaşıb.

Qadının dediyinə görə, o, uzun müddətdən sonra hamilə qalıb. Yeni doğulacaq qızımıza Layla adını verməyi planlaşdırmışıq: "Bu adı yeniyetməlikdən sevirəm. Nənəmin adı Delayla idi, onun xatirəsini yad etmək üçün övladıma bu adı qoymaq istəyirdim. Bütün ailəm bunu yaxşı bilirdi".

Altı ay əvvəl isə onun bacısı Layla adını itinə qoyub. Qadın bacısına iradını bildirib, o isə cavabında “bu ada müəlliflik hüququ yoxdur” deyib.

Qadın bu hərəkətinə görə bacısını bağışlaya bilməyib və hətta toyuna getməkdən imtina edib.


Müəllif: Arzu

Oxşar xəbərlər