24 Yanvar 08:13
419

Yanvarın 21-də Ay tutulması vaxtı bu səma cisminə meteorit düşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Reddit” məlumat yayıb.

Meteorit Ayın görünən tərəfinin Qərb hissəsinə, qədim Burq Kraterinin ərazisinə düşdü.
Mənbənin iddiasına görə, tutulmanı seyr edən insanların əksəriyyəti baş verən hadisəni görüb, lakin bunu başa düşən olmayıb.

Mütəxəssislərə görə, meteorit Ayda dəyişikliyə səbəb olmayıb. Hazırda Ayda diametri 10 m-dən çox 140 yeni meteorit krateri var. Lakin bir meteorit ilk dəfədir ki, Ay tutulması vaxtı bu səma cisminin üzərinə düşür.

Astronomlar yaxın gələcəkdə meteoritin düşməsini öyrənməyi və yeni krater şəkillərini çəkməyi planlaşdırırlar.
Elm adamları Aya düşən meteoritlərin Yer kürəsi üçün təhlükə yaratmadığını iddia edirlər.


Müəllif: Mənsur Rəğbətoğlu