12 İyun 2019 07:25
945
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Juniper Research” şirkətinin proqnozuna görə, 2024-cü ilə elektron pul kisəsindən istifadə edən insanların sayı 4 milyarda yaxınlaşaraq planet əhalisinin 50%-ni təşkil edəcək.

Teleqraf.com xəbər verir ki, məhsul və xidmətlərin ödənişi üçün rəqəmli xidmət istifadəçilərinin sayının artması bu pul kisələri vasitəsilə edilmiş əməliyyatlar həcminin 80% artmasına (ildə 9 trilyon dollaradək) gətirib çıxaracaq.

ABŞ-da orta statistik vətəndaş elektron pul kisəsi vasitəsilə ildə təxminən 3350 dollar xərcləyir. 2024-cü ilədək bu göstərici 6400 dollara yaxınlaşacaq.

Elektron ödəniş həllərinin populyarlaşması qismən onlayn ödənişlərin təhlükəsizlik səviyyəsinin yüksəldilməsi ilə bağlı olacaq. 2019-cu ilin ikinci yarısında əməliyyatları token və dinamik kriptoqramlarla qoruyacaq “SRC” (Secure Remote Commerce) standartları tətbiq ediləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər