1 İyul 2019 11:29
1 161
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fahişəxanalar sahibəsi və sabiq vergi rekordçusu olan Matilt Manukyanın mirası uğrunda amansız savaş gedir.

Teleqraf.com xəbər verir ki, Manukyanın oğlu Kerope Çilinqir və mirasdan pay almaq istəyən 36 iddiaçıya daha bir nəfər, Manukyanın qızı Dora Çilinqir də qoşulub.

Qeyd edək ki, Manukyan 2001-ci ildə vəfat edib. Bundan sonra onun mirasından pay almaq istəyən 36 nəfər yeganə mirascı Kerope Çilinqirə qarşı məhkəmə iddiası qaldırıb.

Məhkəmə Manukyanın əmlakı üzərinə nəzarət qərarı vermiş, habelə oğlu Keropenin rəsmi sənədləri saxtalaşdırmasına görə araşdırma aparmaq haqda qətnamə çıxarmışdı. İndi bəlli olub ki, Manukyanın qızı Dora da anasının əmlakın davasına daxil olur.

Doranın İstanbul məhkəməsində qaldırdığı iddiada deyilir: “Kerope Çilinqir ağır təhdidlərdən qorxaraq yoxa çıxıb. Uzun müddətdir ki, onunla əlaqə saxlamaq mümkün olmayıb və fərqli otellərdə yaşayır. Ən sonda bir otel nömrəsində yarı ölü halda tapılıb. Özəl xəstəxanada müayinə olunduğu zamanı aydın olub ki, uzun müddət çimməyib, yemək yeməyib və bir səfil həyatı yaşayıb”.

İstanbul məhkəməsi Doranın tələbi üzrə Kerope Çilinqir qeydiyyatlı daşınmaz əmlakı üzərində ehtiyat tədbirləri görülməsi haqda qərar çıxarıb.


Müəllif: Cavad