3 İyul 2019 19:53
711
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rokn rollun kralı” adı ilə məşhurlaşan mərhum müğənni Elvis Preslinin həyatından bəhs edən filmin çəkilişi üçün hazırlıq başlayıb.

Teleqraf.com xəbər verir ki, hələlik filmdə rol alacaq bir aktyorun adı bəlli olub.

Aktyor Tom Hanks filmdə Elvis Preslinin meneceri Kolonel Tom Parkeri canlandıracaq.

Filmin rejissor kürsüsündə isə “Romeo və Cülyetta”, “Qırmızı dəyirman” və “Möhtəşən Getsbi” kimi filmlərə imza atan Baz Lurman oturacaq.

Film əfsanəvi Preslinin karyerası və meneceri ilə olan münasibətdən bəhs edəcək.

Elvis Preslini kimin canlandıracağı müzakirə edilərkən “The Hollywood Reporter”in xəbərinə görə, əfsanəvi müğənnini 5 aktyordan biri canlandıra bilər. Namizədlər arasında Aron Teylor Conson, Ansel Elqort, Ostin Batler və Harri Stils kimi məşhur simalar var.


Müəllif: Mənsur Rəğbətoğlu