9 Noyabr 2019 12:27
933
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğan Ədalət və inkişaf Partiyasının (AKP) sözçüsü Mahir Ünalın qızının toy mərasiminə qatılıblar.

Teleqraf.com xəbər verir ki, Ərdoğan Mahir Ünalın qızı Əlif Səna Ünalın nikahına şahidlik edib.

O, nikah şəhadətnaməsini cütlüyə təqdim edib.

Toy mərasimində AKP-nin sədr müavini Süleyman Soylu, bir çox rəsmilər və millət vəkilləri iştirak ediblər.


Müəllif: Rəqsanə Həsənova