Rusiyalı fotoqraf Aleksandr Qusov sosial şəbəkədə Kseniya Sobçakın 11 il əvvəl çəkilmiş açıq-saçıq fotosunu paylaşıb.
Teleqraf.com xəbər verir ki, ağ-qara fotoda televiziya ulduzu tamamilə çılpaq vəziyyətdə pəncələri üzərində stulda əyləşir.
Fotoqraf şəkli "Gözəl Kseniya Sobçak. Moskva. 2009", - qeydi ilə paylaşıb.
Fotoqrafın izləyiciləri onun bu fotonu ustalıqla çəkdiyini bildiriblər. Bəziləri Sobçakın özünü bəyənmədiklərini, lakin fotodakı qıza heyran olduqlarını etiraf ediblər.