31 İyul 2021 19:39
1 935
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirusun həm təbii yola yayılması nəzəriyyəsi, həm də Vuhan Virologiya İnstitutundan sızması fərziyyəsi eyni dərəcədə inandırıcıdır.

Teleqraf.com xəbər verir ki, Böyük Britaniyanın Redinq Universitetinin professoru Mark Peyql deyib.

“Amma bunların etibarlılığını qiymətləndirmək üçün hələ də əlimizdə yetərli faktlar yoxdur”, - bioloq qeyd edib.

Onun sözlərinə görə, nümunələri Vuhan laboratoriyasında saxlanılan koronavirusların genetik ardıcıllığı ilə bağlı məlumat bazasını araşdıraraq virusun laboratoriyadan sızma ehtimalını yoxlamaq mümkündür:

“Halbuki beynəlxalq ekspertlərə ora heç vaxt giriş imkanı verilməyib. Heç kim qəsdən sızma haqqında danışmır, amma bunun təsadüfən baş verdiyini də istisna etmək olmaz”.

Peyql COVID-19-un mənşəyini anlamaq və heyvanlardakı mənbəyini tapmaq üçün hələ çox vaxtın olduğunu söyləyib. O xatırladıb ki, 2002-2004-cü illərdə SARS-ın yayılmasından sonra bunun mənşəyini tapmaq təxminən on il çəkib.

Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adan Gebreyesus bundan əvvəl təşkilatın COVID-19 infeksiyasına ilk yoluxma hallarının aşkarlandığı laboratoriyaları yoxlamağı planlaşdırdığını açıqlayıb. Söhbət 2019-cu ilin dekabrında SARS-CoV-2-nin aşkarlandığı Vuhandakı laboratoriyadan gedir. Buna cavab olaraq, Çin hökuməti təklif olunan planı qətiyyətlə rədd edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər