18 Yanvar 2023 08:18
3 585
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın ən yaşlı sakini hesab edilən Fransa vətəndaşı Andre bacı (Lusil Randon) 118 yaşında vəfat edib.

Teleqraf.com xəbər verir ki, bu barədə "Agence France-Presse" məlumat yayıb.

Qeyd olunub ki, Andre qocalar evində dünyasını dəyişib.

Lusil Randon 117 yaşı ərəfəsində koronavirusa yoluxsa da, sağalmışdı.

Lusil Randon 11 fevral 1904-cü ildə Fransada anadan olub. O, 26 aprel 2022-ci ildən planetin ən yaşlı sakini kimi tanınıb.

Randon gəncliyində qubernator işləyib, daha sonra rahibə olub və 28 il Vişi xəstəxanasında çalışıb. Andre bacı adını alan rahibə burada yetimlərə və qocalara kömək edib. 1979-cu ildə Savoyda bir monastırda xidmət göstərib. 2009-cu ildən o, Toulon qocalar evində yaşayırdı.


Müəllif: Teleqraf.com