Pendirin tərkibindəki zəngin elementlər və probiyotiklər sümük sağlamlığını qoruyur və immunitet sistemini gücləndirir.
Teleqraf.com xəbər verir ki, Çində aparılan yeni bir araşdırma pendirdən istifadənin psixi sağlamlığa müsbət təsir etdiyini sübut edib.
Araşdırmalar pendirin uzunömürlülüyə və sağlam yaşlanmaya səbəb olduğunu göstərib.
Pendirin tərkibində bir çox vacib qida maddələri, xüsusilə də, zülal, kalsium, fosfor, sink və B12 vitamini var. Bu da sağlam sümük inkişafı, əzələ funksiyaları, immunitet sisteminin gücləndirilməsi və enerji istehsalı deməkdir.
Pendirin kalsiumla zəngin olması sümük sağlamlığını qoruyur, osteoporoz riskini azaldır. Pendirin digər təsirli xüsusiyyəti tərkibində probiotik bakteriyaların olmasıdır. Probiyotiklər bağırsaq florasını tarazlaşdırmağa kömək edir və həzm sisteminin nizamlı işləməsini təmin edir. Bu, immunitet sisteminin güclənməsinə və ümumiyyətlə bədənin xəstəliklərə qarşı müqavimətinin artmasına kömək edə bilər. Mütəxəssislər uzun yaşamaq istəyənlərə mozzarella pendirini yeməyi tövsiyyə edirlər.