Teleqraf.com-un məlumatına görə, layihədə Fransa, Belçika və Türkiyədən məşhur musiqiçilər iştirak edəcəklər. Azərbaycanı istedadlı cazmen və bəstəkar Elçin Şirinov təmsil edəcək.
Caz axşamında iki konsert baş tutacaq və dinləyicilər müxtəlif ifa üslubları ilə tanış olacaq, mədəniyyətlərin unikal musiqi sintezindən həzz ala biləcəklər.
Elçin Şirinov Trio (Elchin Shirinov's project) Linley Marthe (Fransa), Stephane Galland (Belçika) kimi musiqiçilərdən ibarətdir.
Bu layihə Fransada, keçən il keçirilən "Sunnyside" festivalında yaranıb. O zaman ifaçılar, maraqlı və canlı improvizasiyadan həvəslənib və bir neçə konsertdə çıxış ediblər. Avqust ayında albom yazmaq qərarına gəliblər.
Brad Mehldau – müasirliyin dahi caz musiqiçilərindən biri bu albomu dinlədikdən sonra deyib: “ Bu albom böyük nailiyyətdir – dinləmək xoşdur, kompozisiyalar güclüdür və ifa çox yaxşıdır”.
Elçin Şirinov Nyu Yorkun Kevin Xeyes və Aron Qoldberq kimi məşhur cazmenlərindən dərs alaraq öz ifasını mükəmməlləşdirib. O, çoxsaylı miqyaslı bexnəlxalq festivallarda (Polşada Voicingers, Montre, Paris London, Çin) iştirak edib.
Layihənin daha bir iştirakçısı Mavrikiyalı Linley Marthe uzun illərdir Parisdə yaşayır və işləyir. O, dünya cazında ən öndəgedən basistlər arasındadır. O, bir çox konsertlərdə Cheb Mami, Dave Liebman, Trilok Gurtu, Jean Luc Ponty, Paco Séry и Randy Brecker kimi musiqiçilərlə çıxış edib. Onun yaradıcılığında Djo Zavinula ilə bərabər işlədiyi dövr çox mühüm yer tutur. Dahi musiqiçi onun haqqında belə deyib: “Linli – bir fenomendir. Mən bass ifasında onunla müqayisə ediləcək birini tanımıram”.
Üçüncü iştirakçı – belçikalı barabançı Stéphane Gallanddır. O,11 yaşından Jean-Pierre Catoul и Eric Legnini kimi caz ifaçıları ilə çıxış edib və daha sonra sonuncu ilə iki albom buraxıb. Stefan klassik, Aafrika və pop üslubunda ifə edir. 2003-cü ildə o, Syndicate qrupu Djo Zavinul ilə qastrollara çıxaraq qrupun üzvünə çevrilib.
Həmin axşam izləyiciləri daha bir maraqlı görüş gözləyir – Türkiyənin məşhur caz musiqiçisi gitaraçı Önder Focan və onun qrupu. İfaçı, aranjemançı və bəstəkar, 13 albom buraxmış və 90-dan artıq beynəlxalq festivallarda həm münsif heyəti, həm də ifaçı kimi iştirak edib. O öz ətrafında istedadlı və cavan musiqiçiləri toplayıb, onlarla öz son “Funkbook” albomunu yazıb. Məhz bu albom ilk olaraq Bakıda təqdim olunacaq. Layihədə cavan, lakin artıq məşhur saksofonçu qardaşlar Anıl və Batuhan Şallıel iştirak edəcəklər.