Ukraynanın Truskavets şəhərində SSRİ xalq artisti Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş IV Beynəlxalq vokal mahnı müsabiqəsi baş tutub.
Teleqraf.com xəbər verir ki, müsabiqədə azərbaycanlı gənc Urfan Cəfərov və ukraynalı gənc Darya Nazimçuk qalib olub.
Qeyd edək ki, müsabiqə Azərbaycanın Ukraynadakı səfirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, “SOCAR Energy Ukrayna” şirkəti, Truskavets şəhər Meriyası və Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı və dəstəyi ilə reallaşıb. Dekabrın 2-dən başlayan müsabiqədə dünyanın müxtəlif ölkələrindən 14 gənc vokal ifaçısı iştirak edib.
Xatırladaq ki, Urfan Cəfərov xalq artisti Xuraman Qasımovanın tələbəsidir.