8 Sentyabr 2020 17:07
815
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasında milli dövlət quruculuğu işində xüsusi xidmətlərinə görə Yaşar Ədilxan oğlu Əliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Teleqraf.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

General-leytenant Yaşar Əliyev Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinə müdir müavini vəzifəsində çalışır.

Bu gün onun 60 yaşı tamam olur.

Xatırladaq ki, Yaşar Ədilxan oğlu Əliyev 8 sentyabr 1960-cı ildə Bakı şəhərində anadan olub. 1981-ci ildə Daxili İşlər Nazirliyinin Ali Siyasi Məktəbini bitirib. 1981-ci ildə SSR daxili qoşun hissələrində, Tbilisi şəhərində yerləşən 69-cu diviziyada, daha sonra Bakı şəhərinin daxili işlər orqanlarında müxtəlif məsul vəzifələrdə işləyib.

2011-ci ilin may ayınadək Bakı Şəhər Baş Polis İdarəsi rəisinin müavini vəzifəsində çalışıb.

2011-ci ildən 2020-ci ilədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin rəisi vəzifəsində çalışıb.

1995-ci ildə “İgidliyə görə” medalı ilə təltif edilib.

Ailəlidir, bir övladı var.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər