14 May 2021 15:32
605
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 14-də Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir. Əfqanıstan Prezidenti dövlətimizin başçısını və Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edib, firavanlıq arzularını çatdırıb.

Teleqraf.com xəbər verir ki, Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Əfqanıstan Prezidentinə minnətdarlığını bildiribvə öz növbəsində Məhəmməd Əşrəf Qanini və Əfqanıstan xalqını Ramazan bayramı münasibətilə təbrik edərək sülh və əmin-amanlıq arzulayıb.

Əfqanıstan Prezidenti Azərbaycanın ölkəsinə verdiyi dəstəyə görə bir daha dövlətimizin başçısına təşəkkür edib. Azərbaycan Prezidenti Ermənistan-Azərbaycan müharibəsi dövründə Əfqanıstanın Azərbaycana göstərdiyi dəstəyə görə Məhəmməd Əşrəf Qaniyə bir daha minnətdarlıq ifadə edib.

Söhbət zamanı Azərbaycanla Əfqanıstan arasında dostluq münasibətlərinin inkişafından məmnunluq ifadə edilib, əlaqələrimizin daha da möhkəmlənəcəyinə əminlik bildirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər