21 Oktyabr 2021 16:03
575
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər evlərin alqı-satqısı zamanı dövlət rüsumu ödəməkdən azad edilir.

Teleqraf.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Bununla da müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər məhkəməyə verilən iddia ərizələri üzrə və mənzilin (evin) alqı-satqısı zamanı dövlət rüsumu ödəməkdən azad edilib.


Müəllif: Teleqraf.com