20 Dekabr 2021 10:15
602
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” 29 avqust 2013-cü il tarixli fərmanında dəyişiklik edib.

Teleqraf.com xəbər verir ki, dövlət başçısının bununla bağlı imzaladığı yeni fərmana əsasən, gələn ildən Azərbaycanda yaşa görə müavinət 130 manatdan 180 manata, I dərəcə əlilliyə görə müavinət 150 manatdan 220 manata, II dərəcə əlilliyə görə müavinət 130 manatdan 180 manata, III dərəcə əlilliyiə görə müavinət 110 manatdan 120 manata, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət 150 manatdan 200 manata, ailə başçısını itirməyə görə müavinət 80 manatdan 100 manata, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət 100 manatdan 120 manata, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət 100 manatdan 120 manata, bir yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət 55 manatdan 70 manata, övladlığa götürülən uşağa (bu yarımbəndin ikinci abzasında qeyd olunan uşaqlar istisna olmaqla) görə müavnət 160 manatdan 200 manata, övladlığa götürülən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa görə müavinət 480 manatdan 600 manata, uşağın anadan olmasına görə müavinət 200 manatdan 300 manata, dəfn üçün müavinət 300 manatdan 350 manata qaldırılıb.

Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etməlidir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər