4 İyul 2022 12:31
803
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpa və yenidən qurulması üçün ayrılan vəsait artırılıb.

Teleqraf.com xəbər verir ki, Prezident İlham Əliyev bu barədə "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında" qanuna edilən dəyişikliyi təsdiqləyib.

Dəyişikliyə əsasən, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün bu il əlavə olaraq 470 milyon manat vəsaitin ayrılması təklif edilir.

Qeyd edək ki, bundan əvvəl "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında" qanunda işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2 milyard 200 milyon manat vəsait ayrılması nəzərdə tutulmuşdu.


Müəllif: Teleqraf.com